5 avqust 2026. Çərşənbə

XXI əsrin ən məhsuldar seriyası


XXI əsrin ən məhsuldar seriyası

Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, XXVI turda 23 qol vurulub. Orta məhsuldarlıq 3,83-ə bərabərdir.

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.

III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.

Daha uzun seriya 2000/01 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı