26 sentyabr 2026. Şənbə

AFFA “Turan Tovuz”u ağır cərimələyib


AFFA “Turan Tovuz”u ağır cərimələyib

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu ciddi şəkildə cərimələyib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Turan Tovuz” – “Zirə” qarşılaşmasında azarkeşlərin hakimlərə qarşı kütləvi təhqiramiz ifadələr səsləndirməsi səbəbindən klub 5 000 manat cərimələnib.

Bundan əlavə, görüşdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın nüfuzunu alçaldan açıqlamalar verdiyinə görə klub əlavə 15 000 manat cərimə ödəyəcək.

Qeyd edək ki, “Zirə”nin 4 üzvü sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.







Misli Premyer liqa