20 sentyabr 2026. Bazar günü

"Azərbaycan futbolu düşündüyümdən zəngindir"


"Azərbaycan futbolu düşündüyümdən zəngindir"

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan futbolundakı maliyyə imkanları ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az-ın "sport.ua"ya istinadən məlumatına görə, ukraynalı çalışdırıcı bildirib ki, Azərbaycan futbolunda bu qədər maliyyə olacağına inanmazdı:

“Mən yalnız “Qarabağ” və “Neftçi”nin varlı olduğunu düşünürdüm. Səhv nəticə çıxardığımı anladım”.

Mütəxəssis vəziyyəti Ukrayna çempionatı ilə müqayisə edərək orada əsas maliyyənin “Şaxtyor” və Kiyev “Dinamo”sunda cəmləşdiyini, digər klubların isə bu baxımdan geri qaldığını qeyd edib.

Vernidub ötən ilin dekabrında “Neftçi”yə baş məşqçi təyin olunub. Hazırda komanda Misli Premyer Liqasında 5-ci pillədə qərarlaşıb və lider “Sabah”dan 15 xal geri qalır. Azərbaycan çempionatı UEFA klub reytinqində 27-ci yerdə qərarlaşıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol