20 sentyabr 2026. Bazar günü

“Sabah”dan vacib xal itkisi


“Sabah”dan vacib xal itkisi

Misli Premyer Liqasının XXVII turunda “Sabah” və “Zirə” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.

Ev sahibinin qollarına Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) imza atıb. Qonaqlarda isə Ruan Renato (32, penalti) və Eren Aydın (40) fərqlənib.

Hazırda “Sabah” 66 xalla turnir cədvəlinin lideridir, “Zirə” isə 44 xalla 4-cü yerdədir.

Turun digər oyunlarında “Karvan-Yevlax” “Kəpəz” üzərində 4:1 hesablı qələbə qazanıb, “Şamaxı” – “Qarabağ” matçı isə 0:0 hesabı ilə yekunlaşıb.

 

 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol