27 may 2026. Çərşənbə

“Neftçi”dən vacib 3 xal


“Neftçi”dən vacib 3 xal

Misli Premyer Liqasının XXVII turunda “Neftçi” “Araz-Naxçıvan” üzərində qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüşdə “Araz-Naxçıvan”ı qəbul edən “ağ-qaralar” rəqibini 2:1 hesabı ilə məğlub edib.

Paytaxt klubunun qollarını İmad Faraj (32-ci dəqiqə) və Breno Almeyda (57-ci dəqiqə) vurub. Qonaqların yeganə qoluna isə Slavik Alxasov (65) imza atıb.

Bu qələbə sayəsində “Neftçi” 43 xala yüksəlib və əsas rəqibi “Zirə”nin xal itirməsindən yararlanaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 39 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun digər oyunlarında “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Zirə” görüşləri isə heç-heçə ilə başa çatıb.







Misli Premyer liqa

“Şamaxı”da 5 ayrılıq
  • Misli Premyer liqa
  • 15:35 26.05.2026
“Şamaxı”da 5 ayrılıq
“Qarabağ” 8000 manat cərimələndi
  • Misli Premyer liqa
  • 14:05 26.05.2026
“Qarabağ” 8000 manat cərimələndi
“Qarabağ” 1-ci, “Neftçi” 2-ci oldu
  • Misli Premyer liqa
  • 10:57 26.05.2026
“Qarabağ” 1-ci, “Neftçi” 2-ci oldu