20 sentyabr 2026. Bazar günü

“Qəbələ” doğma meydanda “İmişli”yə uduzdu


“Qəbələ” doğma meydanda “İmişli”yə uduzdu

Misli Premyer Liqasının XXVII turunda növbəti oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Matçda yeganə qolu 45-ci dəqiqədə Dioqo Rollo vurub.

Bu nəticədən sonra “İmişli” xallarının sayını 26-ya çatdıraraq turnir cədvəlində 9-cu pilləyə yüksəlib. “Qəbələ” isə 19 xalla 11-ci yerdə qərarlaşıb.

Günün ikinci oyununda “Sumqayıt” “Turan Tovuz”un qonağı olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Kəpəz”i 4:1, “Neftçi” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” – “Qarabağ” (0:0) və “Sabah” – “Zirə” (2:2) matçlarında isə qalib müəyyənləşməyib.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol