13 aprel 2026. Bazar ertəsi

Premyer Liqada yeni rekord


Premyer Liqada yeni rekord

Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.

Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əssilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının XXVII turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.

Qeyd edək ki, Premyer Liqada 2016/17 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.







Misli Premyer liqa

“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə
“Neftçi”dən vacib 3 xal
  • Misli Premyer liqa
  • 22:14 11.04.2026
“Neftçi”dən vacib 3 xal
“Sabah”dan vacib xal itkisi
  • Misli Premyer liqa
  • 21:27 11.04.2026
“Sabah”dan vacib xal itkisi