20 sentyabr 2026. Bazar günü

Mikelsdən 70-ci qol


Mikelsdən 70-ci qol

Coy Lens Mikels “Sabah”ın heyətində 70-ci qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki,  almaniyalı hücumçunun yubiley topu Misli Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Zirə” ilə ev görüşündə (2:2) fərqlənib.

Mikels bu göstərici ilə “Sabah” tarixinin ən yaxşı bombardiridir. O, 70-ci qolunu 133-cü oyununda vurub. Forvardın orta məhsuldarlığı 0,53-ə bərabərdir.

Coy Lens bu qollardan 56-nı Premyer Liqada vurub. O, Azərbaycan kubokunda 6, Konfrans Liqasında 5, Avropa Liqasında 3 dəfə fərqlənib.

Qeyd edək ki, Mikels “Sabah”da ilk qolunu 2021-ci il sentyabrın 26-da “Neftçi” ilə çempionatdakı ev oyununda (1:2) vurub.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol