14 may 2026. Cümə axşamı

“Araz Saatlı” rəsmisi 5 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimələnib


“Araz Saatlı” rəsmisi 5 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimələnib

II Liqada baş tutan “Araz Saatlı” – “Göygöl” oyunundan sonra bir sıra intizam tədbirləri tətbiq olunub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Qarşılaşmadan sonra yaşanan insidentlər səbəbindən “Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov 5 oyunluq cəzalandırılıb. O, matç bitdikdən sonra rəqib futbolçuları və hakimləri təhqir və təhdid etdiyinə görə sanksiya ilə üzləşib. Klub isə bu səbəbdən 1000 manat cərimə olunub.

Bundan əlavə, Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimlərə etirazını təhqir formasında bildirdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib. Bu qayda pozuntusuna görə komandaya əlavə 1000 manat cərimə tətbiq olunub.

Görüşdə hər iki komandanın beş futbolçusunun sarı vərəqə alması da diqqətdən kənarda qalmayıb. Bu səbəbdən həm “Araz Saatlı”, həm də “Göygöl” klubları 70 manat cərimələnib.

Eyni zamanda, “Göygöl” komandasının nümayəndəsinin matçöncəsi iclasda iştirak etməməsi səbəbilə klub 150 manat məbləğində cərimə edilib.







Misli Premyer liqa

“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
  • Misli Premyer liqa
  • 22:45 13.05.2026
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı