20 sentyabr 2026. Bazar günü

“Neftçi” “Zirə” ilə heç-heçə edib


“Neftçi” “Zirə” ilə heç-heçə edib

Misli Premyer Liqasının XXVIII turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” səfərdə “Zirə”nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

“Zirə” 63-cü dəqiqədə “ağ-qaralar”ın futbolçusu İmad Farajin qolu ilə geri düşüb. Lakin görüşün sonlarında “qartallar” bərabərliyi təmin ediblər – 90+5-ci dəqiqədə Brahim Konate fərqlənib.

Bu nəticədən sonra “Neftçi” xallarının sayını 44-ə çatdıraraq beşinci pillədə qərarlaşıb. “Zirə” isə 45 xalla dördüncü sıradadır.

Turun ilk oyununda “Turan Tovuz” “Araz-Naxçıvan” üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, XXVIII tura aprelin 19-da yekun vurulacaq.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol