20 sentyabr 2026. Bazar günü

“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə


“Karvan-Yevlax”dan ardıcıl ikinci qələbə

“Karvan-Yevlax” Misli Premyer Liqasında uğurlu seriyasını davam etdirib.

90deqiqe.Az xəbər verir ki, XXVIII tur çərçivəsində bölgə təmsilçisi doğma meydanda “Şamaxı”nı qəbul edib. Ötən tur “Kəpəz”ə qarşı 4:1 hesablı qələbə qazanan ev sahibləri bu dəfə də meydandan 1:0 hesablı qələbə ilə ayrılıblar.

Görüşün yeganə qolunu 39-cu dəqiqədə Coy Sleyd Mikels vurub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Karvan-Yevlax” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. “Şamaxı” isə 32 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun oyunlarına aprelin 19-da yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib, “Zirə” – “Neftçi” qarşılaşması isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol