7 avqust 2026. Cümə

AFFA-dan Rauf Əliyevə ciddi xəbərdarlıq


AFFA-dan Rauf Əliyevə ciddi xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Corner.az-ın məlumatına görə, komitə Premyer Liqanın VI turundakı oyunlarda qeydə alınmış neqativ halları müzakirə edib.

Maraqlıdı ki, yalnız bir oyunla bağlı problem aşkarlanıb. Belə ki, “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra qonaqların hücumçusu Rauf Əliyev azarkeşlə münaqişəyə girdiyinə görə ciddi xəbardarlıq alıb.

Həmçinin bölgə təmsilçisinin azarkeşlərinin davranışına görə kluba da ciddi xəbardarlıq edilib. Belə hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu qonaq komandanın 3:0 hesablı qələbəsi ilə nəticələnib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı