6 avqust 2026. Cümə axşamı

“Səhvlərə göz yummaq olmaz”


“Səhvlərə göz yummaq olmaz”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis rəqibi təbrik edib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Meydanda gözəl atmosfer var idi. “Sabah” layiqli qələbə qazandı.”

Qurbanov komandasının çıxışına da toxunub:

“Daha yaxşı oynaya bilərdik. Müəyyən çatışmazlıqlar var. Çempionlar Liqasından sonra yerli liqaya tam köklənə bilmədik. Ardıcıl oyunlar bizə təsir etdi. “Sabah” isə texniki və fiziki baxımdan daha hazır idi.”

Baş məşqçi Elvin Cəfərquliyevin vəziyyəti ilə bağlı da danışıb:

“Biz də futbolçu vaxtı səhvlər etmişik. Əsas odur ki, onlardan dərs çıxaraq. Elvin Çempionlar Liqasında turun oyunçusu seçilmişdi. Məğlub olsaq da, sonadək mübarizə aparmalıyıq. Bura “Qarabağ”dır, səhvlərə göz yummaq olmaz. Futbolçularımın həyat tərzinə daha çox diqqət etməliyəm.”







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı