7 avqust 2026. Cümə

5 kluba texniki məğlubiyyət


5 kluba texniki məğlubiyyət

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlardakı bəzi komandalara sərt cəzalar tətbiq edilib.

Corner.az xəbər verir ki, komitə bir neçə komandaya texniki məğlubiyyət verib.

Boulevard Hotel U-15 Liqasının “Sabah” – “Binə” oyununun gedişində ikincilərin azarkeşləri meydana daxil olaraq rəqibə hucum edib. Nəticədə görüş yarımçıq dayandırlıb. Bu səbəbdən “Binə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Sabah”a isə təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq olunacaq.

U-12 Liqasının UGİM Gənclərbirliyi – “Çinar” UGFHK matçında “Çinar” UGFHK, U-12 Qızlar Liqasının “Aran” FK (Ağcabədi) – “Bəhramtəpə” (İmişli) görüşündə isə “Bəhramtəpə”nin heyətində yetərsay olmayıb və hər iki komandaya texniki məğlubiyyət verilib (0:3).

U-10 Liqasının “Metak” (Qusar) – “Xızı Təhsil” matçında “Xızı Təhsil”in, futzal üzrə Birinci Liqanın “Harmony Hotel” – “Metropoliten” qarşılaşmasında isə “Harmony Hotel”in heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə klublara müvafiq olaraq 0:3 və 0:5 hesablı texniki məğlubiyyət verilib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı