6 avqust 2026. Cümə axşamı

“Sumqayıt” “Qəbələ”ni, "İmişli" "Kəpəz"i məğlub etdi


“Sumqayıt” “Qəbələ”ni, "İmişli"  "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasında XXVIII tura yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

"İmişli" Yevlaxda "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazanıb. Görüşdə yeganə qolu 38-ci dəqiqədə İmişli təmsilçisinin müdafiəçisi Azər Salahlı vurub. Bu nəticədən sonra “İmişli” 29 xalla 9-cu, “Kəpəz” isə 21 xalla 10-cu pillədə qərarlaşıb.

Turun son matçında “Sumqayıt” doğma meydanda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. 19-cu dəqiqədə Höccət Haqverdi fərqlənərək komandasına qələbə qazandırıb. “Sumqayıt” 35 xalla 7-ci, “Qəbələ” isə 19 xalla 11-ci pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz Naxçıvan"ı 3:0, "Karvan Yevlax" "Şamaxı"nı 1:0, "Sabah" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Neftçi" oyunu isə 1:1 hesabı ilə heç-heçə yekunlaşıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı