16 iyun 2026. Çərşənbə axşamı

25-ci səfər qələbəsi, 10-cu böyük hesab


25-ci səfər qələbəsi, 10-cu böyük hesab

“Turan Tovuz” Misli Premyer Liqasının XXVIII turunda “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, klub tarixinə iki yubileylə düşüb.

Qərb təmsilçisi Premyer Liqada 25-ci dəfə səfərdə qalib gəlib. Yubiley qələbəsi 69-cu matça təsadüf edib.

Tovuz klubu turnirin tarixində 25 və daha çox səfər qələbəsi qazanan 20-ci komanda olub. İlk belə nəticə 2022/23 mövsümünə təsadüf edib. “Turan Tovuz” 2022-ci il avqustun 13-də “Səbail”in meydanından 3 xalla dönüb – 1:0.

“Araz-Naxçıvan”la görüş həm də tovuzluların Premyer Liqada 10-cu böyükhesablı qələbəsi kimi yadda qalıb. Evdə 4 dəfə üç və ya daha çox top fərqinə sevinən “Turan Tovuz” səfərdə 6-cı uğurunu əldə edib. İlk belə qələbə 2023-cü il mayın 5-də “Neftçi” ilə ev matçında qazanılıb – 4:0.







Misli Premyer liqa

"Karvan-Yevlax" Samuel Durrantla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:00 12.06.2026
"Karvan-Yevlax" Samuel Durrantla vidalaşdı
"Şəfa" Murad Musayevi transfer etdi
  • Misli Premyer liqa
  • 12:21 12.06.2026
"Şəfa" Murad Musayevi transfer etdi
Millimizin futbolçusu əməliyyat olundu
  • Misli Premyer liqa
  • 15:16 11.06.2026
Millimizin futbolçusu əməliyyat olundu
“Zirə” 5 futbolçu ilə bağlı qərar verdi
  • Misli Premyer liqa
  • 11:13 11.06.2026
“Zirə” 5 futbolçu ilə bağlı qərar verdi