26 sentyabr 2026. Şənbə

“Zirə” Azərbaycan Kubokunda ilk finalçı oldu


“Zirə” Azərbaycan Kubokunda ilk finalçı oldu

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda “Turan Tovuz”la qarşılaşan “Zirə” cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə hesab açılmayıb. Lakin ilk oyunda “qartallar” 2:0 hesablı qələbə qazandıqları üçün iki matçın nəticəsinə əsasən finala yüksələn tərəf olublar.

Qeyd edək ki, yarımfinalın digər cavab qarşılaşması aprelin 22-də keçiriləcək. “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. İlk oyun 2:2 hesabı ilə başa çatıb.







Misli Premyer liqa