6 avqust 2026. Cümə axşamı

“Sabah” Azərbaycan Kubokunun finalına yüksəldi


“Sabah” Azərbaycan Kubokunun finalına yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda “Sabah” evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

“Bank Respublika Arena”da keçirilən görüşdə Ağdam klubunun qolunu Kamilo Duran 59-cu dəqiqədə vurub. Meydan sahibləri isə Velko Simiç (78) və Patrik Mbina (87) ilə fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” görüşün böyük hissəsini azlıqda keçirib. 35-ci dəqiqədə qapıçı Mateuş Koxalski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

İlk oyunda qeydə alınan 2:2 hesablı heç-heçə səbəbindən Bakı klubu ümumi nəticədə üstün olub və finala yüksəlib.

Beləliklə, “Sabah” finalda “Zirə” ilə qarşılaşacaq. Bakı təmsilçisi yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb, ilk görüşdə isə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı