6 avqust 2026. Cümə axşamı

“Neftçi” və “Qarabağ” azarkeşlərə MÜRACİƏT ETDİ


“Neftçi” və “Qarabağ” azarkeşlərə MÜRACİƏT ETDİ

"Neftçi" və "Qarabağ" klubları Misli Premyer Liqasının XXIX turu çərçivəsində keçiriləcək qarşılaşma öncəsi azarkeşlərə müraciət ediblər.

90deqiqe.Az xəbər verir ki, hər iki klubun yaydığı birgə bəyanatda qeyd olunub ki, 26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti "Palms Sports Arena"ya yönələcək:

"4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir. Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq".

Birgə bəyanatda xatırladılıb ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur:

"Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir. Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir".

Qeyd edək ki, komandalar arasında görüş sabah "Palms Sports Arena"da saat 19:00-da start götürəcək.

Hazırda “Qarabağ” 56 xalla ikinci, “Neftçi” isə 44 xalla 5-ci pillədə qərarlaşıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı