12 iyun 2026. Cümə

“Qarabağ” “Neftçi”yə divan tutdu


“Qarabağ” “Neftçi”yə divan tutdu

Misli Premyer Liqasında XXIX turun mərkəzi qarşılaşmalarından biri keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib və böyükhesablı qələbə qazanıb – 5:1.

Ağdam təmsilçisi oyuna sürətli başlayıb. 9-cu və 32-ci dəqiqələrdə Musa Qurbanlı dubla imza atıb. 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə isə Emmanuel Addai fərqlənərək hesabı daha da artırıblar.

Meydan sahibləri isə 21-ci dəqiqədə Elvin Bədəlovun qolu ilə təsəlli tapıblar.

Bu nəticədən sonra xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Neftçi” isə 44 xalla beşinci yerdədir.

Günün ilk oyununda “Şamaxı” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

Ötən gün keçirilən görüşlərdə “Sumqayıt” “İmişli”ni iki cavabsız qolla üstələyib, “Qəbələ” – “Araz-Naxçıvan” matçı isə 1:1 hesabı ilə başa çatıb.







Misli Premyer liqa

Millimizin futbolçusu əməliyyat olundu
  • Misli Premyer liqa
  • 15:16 11.06.2026
Millimizin futbolçusu əməliyyat olundu
“Zirə” 5 futbolçu ilə bağlı qərar verdi
  • Misli Premyer liqa
  • 11:13 11.06.2026
“Zirə” 5 futbolçu ilə bağlı qərar verdi