20 sentyabr 2026. Bazar günü

"Turan Tovuz" evdə "Zirə" ilə heç-heçə etdi


"Turan Tovuz" evdə "Zirə" ilə heç-heçə etdi

Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə bitib – 1:1.

Meydan sahiblərinin heyətində 22-ci dəqiqədə Rəhim Sadıxov, qonaqlardan 63-cü dəqiqədə Davit Volkov fərqləniblər.

"Turan Tovuz" 56 xalla üçüncü, "Zirə" isə 46 xalla dördüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sabah" "Karvan-Yevlax"ı qəbul edəcək.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni 2:0, "Şamaxı" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Qarabağ" "Neftçi" üzərində 5:1 hesablı qələbə qazanıb. "Qəbələ" - "Araz-Naxçıvan" matçında isə qalib müəyyənləşməyib – 1:1.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol