20 sentyabr 2026. Bazar günü

Premyer Liqada 60-cı qol


Premyer Liqada 60-cı qol

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub. 

Azərbaycan çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol