20 sentyabr 2026. Bazar günü

“Qarabağ” “700”ə çatdı


“Qarabağ” “700”ə çatdı

“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb. O, Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan “Qarabağ”ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb. 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol