29 aprel 2026. Çərşənbə

“Neftçi” və “Qarabağ” cərimələrdən qaça bilmədi


“Neftçi” və “Qarabağ” cərimələrdən qaça bilmədi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

90deqiqe.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyununda “İmişli” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyunu “Sumqayıt” komandasının formasında qüsurlar olması səbəbindən gec başladığına görə “Sumqayıt” komandası 1500 manat cərimə edilsin (maddə 83.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

25 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “İmişli” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

26 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyununun 64-cü dəqiqəsində “Sabah” komandasının 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3); 

27 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXIX turun “Sabah” – “Karvan-Yevlax” oyununun 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

 

II Liqa XXIV tur

27 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində “Xankəndi” komandasının 9 nömrəli futbolçusu Elvin Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+10-cu dəqiqəsində “Xankəndi” komandasının 88 nömrəli futbolçusu Müşfiq Teymurov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda meydançaya kənar əşya atıldığına görə “Xankəndi” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Ülvi Sarıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” komandasının 77 nömrəli futbolçusu Hakan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7).







Misli Premyer liqa

“Qarabağ” “700”ə çatdı
  • Misli Premyer liqa
  • 11:39 28.04.2026
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
  • Misli Premyer liqa
  • 11:27 28.04.2026
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
  • Misli Premyer liqa
  • 11:21 28.04.2026
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
  • Misli Premyer liqa
  • 11:15 28.04.2026
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
  • Misli Premyer liqa
  • 10:49 28.04.2026
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 10:44 28.04.2026
“Neftçi”dən son 15 mövsümün rekordu