20 sentyabr 2026. Bazar günü

“Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu oldu


“Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu oldu

Misli Premyer Liqasında mövsümün qalibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, XXI turdan təxirə salınmış oyunda “Neftçi” klubunun “Qarabağ” üzərində 2:1 hesablı qələbəsi nəticəsində “Sabah” komandasının çempionluğu rəsmiləşib.

“Palms Sports Arena”da keçirilən qarşılaşmada hesabı 55-ci dəqiqədə Emil Səfərov açıb. 85-ci dəqiqədə Elvin Bədəlov avtoqol müəllifi olub, 90+2-ci dəqiqədə isə Bassala Sambu “Neftçi”yə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran “Neftçi” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 29 oyundan sonra 59 xalla 2-ci sırada qərarlaşan “Qarabağ”ın isə 72 xalla lider olan “Sabah”ı keçməsi mümkün olmayıb.

Beləliklə, “Sabah” klubu tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, “Qarabağ”a qarşı 18 oyunluq qələbəsizlik seriyası yaşayan “Neftçi” son dəfə rəqibini 2021-ci ildə məğlub etmişdi.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol