20 sentyabr 2026. Bazar günü

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi


AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqanın XXI turundan təxirə salınmış derbidə baş verən hadisələrlə bağlı qərarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, qərara əsasən,  “Qarabağ”  azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəbindən klub 8000 manat məbləğində cərimələnib. Bildirilib ki, bu hal cari mövsümdə artıq beşinci dəfə təkrarlandığı üçün maliyyə sanksiyası tətbiq olunub.

Digər tərəfdən, “Neftçi” də intizam qaydalarını pozduğuna görə cəzalandırılıb. Belə ki, komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 700 manat cərimə ödəyəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol