5 avqust 2026. Çərşənbə

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi


“Qarabağ” “Turan Tovuz”u məğlub etdi

Misli Premyer Liqasının XXX turunda növbəti oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Qarabağ” doğma azarkeşlər önündə “Turan Tovuz” üzərində qələbə qazanıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma ev sahibinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Görüşdə hesab 50-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Leandro Andradenin cərimə zərbəsindən vurduğu qolla açılıb. 4 dəqiqə sonra Mateus Silva fərqi iki topa çatdırıb.

Qərb təmsilçisi oyunda yalnız bir cavab qolu ilə fərqi azalda bilib. 76-cı dəqiqədə Ayxan Hüseynov uzaq məsafədən baxımlı zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra Ağdam klubu 62 xalla turnir cədvəlində ikinci pillədə mövqeyini möhkəmləndirib və üçüncü yerdəki “Turan Tovuz”dan (56 xal) bir qədər də uzaqlaşıb.

Qeyd edək ki, turun digər oyunlarında “Kəpəz” “Sumqayıt”ı 2:1, “İmişli” “Araz-Naxçıvan”ı 1:0, “Sabah” “Şamaxı”nı 3:0, “Zirə” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Tur mayın 5-də “Karvan-Yevlax” – “Neftçi” matçı ilə yekunlaşacaq.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı