- Misli Premyer liqa
- 17:53 05.05.2026
Misli Premyer Liqasının XXX turu “Kəpəz”in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.
90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Sumqayıt”la ev oyununda (2:1) fərqlənən futbolçu bununla da mövsümün rekordunu təkrarlayıb. 86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan Raufa qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi “Araz-Naxçıvan”la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.
Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom (“Sumqayıt”) və Coy Lens Mikels (“Sabah”) penaltilərlə dubl edib, Toral Bayramov (“Qarabağ”) het-trik etdiyi qarşılaşmada iki dəfə “ağ nöqtə”dən fərqlənib. Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, “Karvan-Yevlax”la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.