- Misli Premyer liqa
- 18:31 08.05.2026
Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 32-ci həlledici qarşılaşma olacaq.
90deqiqe.Az xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.
30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.
2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.
| mövsüm | finalda tamaşaçı |
| 1992 | 1000 |
| 1993 | 10000 |
| 1993/94 | 1350 |
| 1994/95 | 5000 |
| 1995/96 | 5000 |
| 1996/97 | 5000 |
| 1997/98 | 5500 |
| 1998/99 | 8000 |
| 1999/00 | 6000 |
| 2000/01 | 2000 |
| 2001/02 | - |
| 2003/04 | 8000 |
| 2004/05 | 10000 |
| 2005/06 | 6000 |
| 2006/07 | 10000 |
| 2007/08 | 20000 |
| 2008/09 | 10000 |
| 2009/10 | 26000 |
| 2010/11 | 24000 |
| 2011/12 | 4300 |
| 2012/13 | 20000 |
| 2013/14 | 22000 |
| 2014/15 | 4500 |
| 2015/16 | 23000 |
| 2016/17 | 12800 |
| 2017/18 | 4500 |
| 2018/19 | 10000 |
| 2019/20 | - |
| 2020/21 | - |
| 2021/22 | 3500 |
| 2022/23 | 9000 |
| 2023/24 | 5500 |
| 2024/25 | 7513 |