- Misli Premyer liqa
- 18:31 08.05.2026
AFFA İntizam Komitəsi I Liqanın XXV turundan sonra bir sıra futbolçular və klublarla bağlı qərarlar qəbul edib.
90deqiqe.Az xəbər verir ki, ən ağır cəzalardan biri “Mingəçevir”in hücumçusu Amil Yunanov üçün tətbiq olunub.
Təcrübəli forvard “Şahdağ Qusar”la oyundan sonra azarkeşləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsinin qərarına əsasən, futbolçu 4 oyunluq дисквалификация olunub, “Mingəçevir” klubu isə 3000 manat cərimələnib.
Komandanın digər üzvü Elnur Mirzəyev də cəzadan yayına bilməyib. O, matç başa çatdıqdan sonra rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyi üçün 2 oyunluq cəzalanıb. Bölgə təmsilçisi bu səbəbdən əlavə 1200 manat ödəyəcək.
Bundan başqa, “Şahdağ Qusar”ın heyətində 4, “Mingəçevir”də isə 6 futbolçunun sarı vərəqə alması hər iki klubun ayrıca 210 manat cərimələnməsi ilə nəticələnib.
Turun digər matçında isə “Zaqatala” və “Səbail” komandalarının futbolçuları İlkin Qırtımov və Ruslan Voronsov qeyri-etik ifadə və hərəkətlərə görə birbaşa qırmızı vərəqə görüblər. AFFA-nın qərarına əsasən, hər iki oyunçu 3 oyunluq дисквалификация olunub, klubları isə ümumilikdə 2400 manat cərimə edilib.