24 iyun 2026. Çərşənbə

"Qarabağ" səfərdə "Qəbələ" ilə heç-heçə etdi


"Qarabağ" səfərdə "Qəbələ" ilə heç-heçə etdi

Misli Premyer Liqasının XXXI turunda daha bir qarşılaşma baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Qarabağ” komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib — 1:1.

Oyunda hesabı qonaqlar açıb. “Qarabağ”ın heyətində Kadi Borges 29-cu dəqiqədə fərqlənərək komandasını önə keçirib. Meydan sahibləri isə ikinci hissədə tarazlığı bərpa ediblər. “Qəbələ”nin futbolçusu İsmael Akinade 57-ci dəqiqədə rəqib qapısına yol taparaq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 63-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 21 xala malik “Qəbələ” isə 11-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" son Azərbaycan çempionu Sabah üzərində 1:0 hesablı qələbə qazanıb. “İmişli” — "Zirə" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.

Misli Premyer Liqasında XXXI turun oyunlarına mayın 10-da yekun vurulacaq.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı