24 iyun 2026. Çərşənbə

"Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəldi


"Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəldi

Misli Premyer Liqasının XXXI turunda növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan" ilə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı “Sumqayıt” açıb. Komandanın heyətində Aleksandr Ramalinqom ilk hissəyə əlavə olunmuş vaxtın ikinci dəqiqəsində fərqlənərək meydan sahiblərini önə keçirib.

İkinci hissədə “Araz-Naxçıvan” hesabı bərabərləşdirib. Naxçıvan təmsilçisinin futbolçusu Ba-Muaka Simakala 63-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Matçın taleyini isə son dəqiqələrdə vurulan avtoqol həll edib. “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov 90+3-cü dəqiqədə topu öz qapısından keçirib və “Sumqayıt” vacib qələbə qazanıb.

Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 41-ə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. 40 xala malik “Araz-Naxçıvan” isə 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında Kəpəz son Azərbaycan çempionu Sabah üzərində 1:0 hesablı qələbə qazanıb. “Qəbələ” - Qarabağ matçında 1:1 hesabı qeydə alınıb. “İmişli” - Zirə görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.

Misli Premyer Liqasında XXXI turun oyunlarına mayın 10-da yekun vurulacaq.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer