25 iyun 2026. Cümə axşamı

“Turan Tovuz” avrokuboklara vəsiqəni rəsmiləşdirdi


“Turan Tovuz” avrokuboklara vəsiqəni rəsmiləşdirdi

Misli Premyer Liqasının XXXI turunda “Turan Tovuz” vacib qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Tovuz təmsilçisi doğma meydanda “Karvan-Yevlax” komandası ilə qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.

Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran “Turan Tovuz” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və avrokuboklara vəsiqəni rəsmiləşdirib. Mövsümün sonuna iki tur qalmış qərb təmsilçisinin ikinci yer uğrunda mübarizə şansları da davam edir.

Cəmi 14 xalı olan “Karvan-Yevlax”ın isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, turun digər oyunlarında “Kəpəz” səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib, “Sumqayıt” isə “Araz-Naxçıvan” üzərində 2:1 hesablı qələbə qazanıb. “Qəbələ” – “Qarabağ” görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb, “İmişli” – “Zirə” qarşılaşması isə qolsuz bərabərliklə başa çatıb.







Misli Premyer liqa

"Zirə" Rövlan Muradovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 14:54 24.06.2026
"Zirə" Rövlan Muradovla yollarını ayırdı
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı