20 sentyabr 2026. Bazar günü

İkinci ispaniyalı


İkinci ispaniyalı

Misli Premyer Liqasının XXXI turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi “Karvan-Yevlax”la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu “Turan Tovuz”da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol