12 may 2026. Çərşənbə axşamı

"Araz-Naxçıvan"da ayrılıq


"Araz-Naxçıvan"da ayrılıq

“Araz-Naxçıvan” və futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə 90deqiqe.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçiyə klub rəhbərliyi karyerasında uğurlar arzulayıb.

V. Melo klubun rəsmi saytına qısa açıqlama verib: “Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik.

Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” hazırkından daha yaxşı çıxış edər və uğur qazanar”.

Daha Azını Gör







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi