20 sentyabr 2026. Bazar günü

“Sabah” – “Zirə” finalının hakimləri bəlli oldu


“Sabah” – “Zirə” finalının hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunun finalı matçının hakim təyinatları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, “Sabah” və “Zirə” komandaları arasında keçiriləcək həlledici görüş FIFA referisi Elçin Məsiyevə həvalə olunub. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə ehtiyat köməkçi hakim təyin olunub.

VAR hakimi Tural Qurbanov, onun köməkçisi isə Rəhman İmami olacaq.

Qeyd edək ki, mayın 13-də Palms Sports Arenada keçiriləcək final qarşılaşması saat 20:00-da start götürəcək.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol