14 may 2026. Cümə axşamı

“Neftçi”nin apellyasiya şikayəti rədd edildi


“Neftçi”nin apellyasiya şikayəti rədd edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun şikayətini təmin etməyib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Misli Premyer Liqasının XXIII turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda azarkeşlər tərəfindən təhqiredici pankart açılması ilə bağlı İntizam Komitəsinin çıxardığı qərardan apellyasiya şikayəti vermişdi. Lakin Tribunal müraciəti əsassız sayaraq qərarı qüvvədə saxlayıb.

Beləliklə, “Neftçi”yə tətbiq olunan 15 min manat məbləğində cərimə dəyişdirilmədən qüvvədə qalıb.

Xatırladaq ki, sözügedən qarşılaşma martın 9-da baş tutub. Tovuz şəhərində keçirilən matç “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.







Misli Premyer liqa

AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib
  • Misli Premyer liqa
  • 15:42 14.05.2026
AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib
9 ildən sonra
  • Misli Premyer liqa
  • 12:40 14.05.2026
9 ildən sonra
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
  • Misli Premyer liqa
  • 22:45 13.05.2026
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu