14 may 2026. Cümə axşamı

“Sabah” – tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı


“Sabah” – tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı

“Sabah” 2025/26 mövsümündə “Qızıl dubl”a imza atıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

Bu, klub tarixində ilk “Qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb. 

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “Qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

 







Misli Premyer liqa

AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib
  • Misli Premyer liqa
  • 15:42 14.05.2026
AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib
9 ildən sonra
  • Misli Premyer liqa
  • 12:40 14.05.2026
9 ildən sonra
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
  • Misli Premyer liqa
  • 22:45 13.05.2026
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu