- Misli Premyer liqa
- 19:15 16.05.2026
Misli Premyer Liqasının XXXII turunda növbəti oyunlar keçirilib.
90deqiqe.Az xəbər verir ki, tur çərçivəsində “Şamaxı” doğma meydanda "Turan Tovuz" ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda baş tutan görüş ev sahibinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Şamaxı”nın heyətində Arsen Ağcabəyov (10), Dioqo Balau (28) və Abdulla Rzayev (83) fərqləniblər. Tovuz təmsilçisindən isə İbrahima Vadji (65) və Alexandro Serrano (73) qola imza atıblar.
Bu nəticədən sonra “Turan Tovuz” 59 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Şamaxı” isə 38 xalla 8-ci yerdədir.
Günün digər matçında "Qarabağ" “İmişli” ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Qolları Kamilo Duran (47), Marko Yankoviç (66-p.) və Abdullah Zubir (78) vurublar.
Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” hazırda 66 xalla ikinci pillədə qərarlaşıb. “İmişli” isə 33 xalla 9-cu yerdədir.
Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i (2:0), “Qəbələ” isə “Karvan-Yevlax”ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.