- Misli Premyer liqa
- 19:58 17.05.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, turun son oyun günündə avrokuboklara son vəsiqə uğrunda mübarizə aparan komandaların qarşılaşmaları diqqət mərkəzində olub. “Neftçi” səfərdə çempion "Sabah"ın qonağı olub, “Zirə” isə doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Gərgin keçən oyunda “Neftçi” rəqibini 2:1 hesabı ilə məğlub edərək sona bir tur qalmış UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. Bununla da “ağ-qaralar” xalını 56-ya çatdıraraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
“Zirə” isə “Sumqayıt” üzərində 2:1 hesablı qələbə qazansa da, avrokuboklara yüksəlmək şansını itirib. Paytaxt təmsilçisi hazırda 53 xalla 5-ci sırada yer alıb.
Turun əvvəlki qarşılaşmalarında "Qəbələ" “Karvan-Yevlax”ı 2:1, "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" “İmişli”ni 3:0 hesabı ilə məğlub edib. Turun məhsuldar oyunlarından birində isə "Şamaxı" "Turan Tovuz" üzərində 3:2 hesablı qələbə qazanıb.