20 sentyabr 2026. Bazar günü

AFFA prezidenti “Sabah”ı çempionluq münasibətilə təbrik etdi


AFFA prezidenti “Sabah”ı çempionluq münasibətilə təbrik etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” Futbol Klubuna mükafatlar təqdim olunub.

90deqiqe.Az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edərək çempion klubu təbrik edib və mövsüm ərzində göstərilən performansı yüksək qiymətləndirib.

O bildirib ki, “Sabah” mövsüm boyu yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək azarkeşlərini inamlı qələbələr və baxımlı oyunlarla sevindirib.

AFFA prezidenti həmçinin cari mövsümdə yüksək nəticələr göstərərək ölkəni avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublara gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, “Sabah” bu gün rəsmi şəkildə Premyer Liqanın qalibi kimi mükafatlandırılıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol