20 sentyabr 2026. Bazar günü

“Qarabağ” ilk transferini rəsmiləşdirdi


“Qarabağ” ilk transferini rəsmiləşdirdi

2026/2027-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradipou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Qeyd edək ki, Jali Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol