7 iyul 2026. Çərşənbə axşamı

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bilindi


“Qəbələ”nin pley-off oyunundakı rəqibi bilindi

Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, sonuncu – XXVII turun mərkəzi oyununda “Mingəçevir” öz meydanında “Səbail”i qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Mingəçevir” mövsümü 51 xalla turnir cədvəlinin 2-ci pilləsində tamamlayıb.

Beləliklə, “Mingəçevir” Premyer Liqaya yüksəlmək uğrunda pley-off matçında iştirak hüququ qazanıb. Komanda elitaya vəsiqə üçün Premyer Liqada 11-ci yeri tutan “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, I Liqada çempion olan “Şəfa” isə Azərbaycan Premyer Liqasına birbaşa vəsiqə əldə edib.







Misli Premyer liqa

"Zirə" heyətini yeni legionerlə gücləndirdi
  • Misli Premyer liqa
  • 16:22 05.07.2026
"Zirə" heyətini yeni legionerlə gücləndirdi
"Səbail" Abbas Ağazadəni heyətinə qatdı
  • Misli Premyer liqa
  • 17:01 04.07.2026
"Səbail" Abbas Ağazadəni heyətinə qatdı
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi
  • Misli Premyer liqa
  • 17:07 03.07.2026
"Qarabağ" növbəti transferini rəsmiləşdirdi