10 iyun 2026. Çərşənbə

“Qarabağ” Premyer Liqanı qələbə ilə başa vurub


“Qarabağ” Premyer Liqanı qələbə ilə başa vurub

“Qarabağ” Misli Premyer Liqasında mövsümü qələbə ilə tamamlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Ağdam təmsilçisi XXXIII turda səfərdə “Sumqayıt”ın qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma 4:3 hesabı ilə başa çatıb.

“Qarabağ”ın qollarını 3 və 64-cü dəqiqələrdə Ramil Şeydayev, 22-ci dəqiqədə Emmanuel Addai, 85-ci dəqiqədə Aleksey Kaşuk vurub. “Sumqayıt”ın heyətində isə Səbuhi Abdullazadə 53-cü, Rüstəm Əhmədzadə 76-cı, Emil Mustafayev 90+3-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 69-a çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Sumqayıt” isə 41 xalla yeddinci yerdə mövsümü davam etdirir.

Günün digər matçında “Sabah” “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Misli Premyer Liqasına mayın 24-də yekun vurulacaq. Ötən turda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“Sabah” afrikalı müdafiəçi transfer edib
  • Misli Premyer liqa
  • 23:27 09.06.2026
“Sabah” afrikalı müdafiəçi transfer edib
"Zirə" onunla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 23:26 09.06.2026
"Zirə" onunla yollarını ayırdı
“Qarabağ”ın hazırlıq planı bəlli olub
  • Misli Premyer liqa
  • 20:50 09.06.2026
“Qarabağ”ın hazırlıq planı bəlli olub
"Şəfa" üç futbolçu ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:00 09.06.2026
"Şəfa" üç futbolçu ilə yollarını ayırdı
"Şəfa" Nicat Mehbalıyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 11:45 09.06.2026
"Şəfa" Nicat Mehbalıyevi heyətinə qatdı
"Şəfa" ilk transferini rəsmiləşdirib
  • Misli Premyer liqa
  • 11:45 08.06.2026
"Şəfa" ilk transferini rəsmiləşdirib