23 may 2026. Şənbə

“Neftçi” mövsümü qələbə ilə başa vurdu


“Neftçi” mövsümü qələbə ilə başa vurdu

Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.

90deqiqe.Az xəbər verir ki, mövsümü UEFA Konfrans Liqasına vəsiqə ilə başa vuran "Neftçi" son turda "Kəpəz"lə üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb — 1:0.

Oyunda yeganə qolu 54-cü dəqiqədə Freddi Varqas vurub. “Ağ-qaralar” matçın son hissəsini azlıqda keçirməli olub. Belə ki, İfeanyi Metyu 65-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra “Neftçi” mövsümü 59 xalla dördüncü pillədə tamamlayıb. “Kəpəz” isə 27 xalla turnir cədvəlinin sonuncu — 10-cu sırasında qərarlaşıb.

Turun digər görüşündə Araz-Naxçıvan PFK və Zirə FK komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə mayın 24-də keçiriləcək "İmişli" – "Karvan" qarşılaşması ilə yekun vurulacaq.

Turun əvvəlki oyunlarında "Qəbələ" “Şamaxı”nı 3:1, "Sabah" “Turan Tovuz”u 2:1, "Qarabağ" isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“Qarabağ” üç futbolçu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 17:26 23.05.2026
“Qarabağ” üç futbolçu ilə vidalaşdı
“Qəbələ” “Şamaxı”ya qalib gəldi
  • Misli Premyer liqa
  • 20:20 21.05.2026
“Qəbələ” “Şamaxı”ya qalib gəldi