8 iyul 2026. Çərşənbə

500-cü qol: 21 ildən sonra


500-cü qol: 21 ildən sonra

Misli Premyer Liqasının 2025/26 mövsümündə 500-cü qol vurulub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXIII turun “Sumqayıt” – “Qarabağ” görüşünə (3:4) təsadüf edib.

Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.

Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra qeydə alınıb. Sonuncu dəfə 2004/05 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.

Qeyd edək ki, 2004/05 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
"Kəpəz" Yusif İmanovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 13:15 07.07.2026
"Kəpəz" Yusif İmanovla yollarını ayırdı