- Misli Premyer liqa
- 18:42 24.05.2026
Misli Premyer Liqasında 2025/2026 mövsümünə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, son tur çərçivəsində “Karvan-Yevlax” səfərdə “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda hesabı Yevlax təmsilçisi açıb. Komandanın heyətində Peter Kinqs 28-ci dəqiqədə fərqlənərək “Karvan-Yevlax”ı önə keçirib. “İmişli” isə məğlubiyyətdən son anda qurtulub. Belə ki, Dioqo Kardozu 90+5-ci dəqiqədə vurduğu qolla komandasına bir xal qazandırıb.
Bu nəticədən sonra “İmişli” mövsümü 34 xalla 9-cu pillədə tamamlayıb. “Karvan-Yevlax” isə 15 xalla turnir cədvəlinin 12-ci sırasında qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” “Sumqayıt”ı 4:3, “Neftçi” “Kəpəz”i 1:0, “Araz-Naxçıvan” isə “Zirə”ni 3:2 hesabı ilə məğlub edib.