10 iyul 2026. Cümə

“Neftçi”nin gənc futbolçusu Avropaya yollandı


“Neftçi”nin gənc futbolçusu Avropaya yollandı

“Neftçi”nin yetirməsi Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.

Bu barədə 90deqiqe.Az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

20 yaşlı futbolçu “Pafos” klubuna transfer olunub. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb.

Kiçik yaşlarından “ağ-qara” formanı geyinən Murad Məmmədov 2024/2025 mövsümündən etibarən əsas komandada çıxış edirdi. Gənc yarımmüdafiəçi bu müddətdə “Neftçi”nin heyətində 41 oyuna çıxaraq 4 qolla yadda qalıb.

O, həmçinin Azərbaycanın U-21 millisinin də üzvlərindəndir. Məmmədov gənclər yığmasının heyətində keçirdiyi 10 matçda 1 dəfə fərqlənib.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı