11 iyul 2026. Şənbə

“Neftçi” üç legionerlə yollarını ayırdı


“Neftçi” üç legionerlə yollarını ayırdı

 “Neftçi” heyətində ciddi ayrılıqlar yaşanıb.  

Klubdan 90deqiqe.Az-a bildirilib ki, paytaxt klubu üç legioner futbolçu ilə əməkdaşlığa son qoyub. “Ağ-qaralar” Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə başa çatan müqavilələri yeniləməmək qərarı verib.

2025-ci ilin oktyabrında komandaya qoşulan Vensan Abubakar qısa müddətdə məhsuldar oyunu ilə diqqət çəkib. Hücumçu “Neftçi”nin heyətində keçirdiyi 18 rəsmi matçda 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 qarşılaşmada 7 dəfə fərqlənərək 2025/2026 mövsümünün orta qol göstəricisinə görə ən effektiv futbolçularından biri olub.

2024-cü ilin yayında transfer olunan Edvin Kuç isə Bakı klubunda 44 rəsmi oyunda iştirak edib və 1 qol müəllifi olub.

Kristian Kostin isə 2025-ci ilin yayından etibarən “Neftçi” forması ilə 7 rəsmi matça çıxıb.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı