12 iyul 2026. Bazar günü

“Qəbələ” Premyer Liqadakı yerini qorudu


“Qəbələ” Premyer Liqadakı yerini qorudu

“Qəbələ” növbəti mövsümdə də Azərbaycan Premyer Liqasında çıxış edəcək.

90deqiqe.Az-ın məlumatına görə, bölgə təmsilçisi pley-off görüşündə I Liqa təmsilçisi “Mingəçevir”lə qarşılaşıb. “SOCAR Polymer Arena”da keçirilən matç Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 36-cı dəqiqədə açılıb. “Mingəçevir”in futbolçusu Əkbər Eyubov topu öz qapısından keçirərək avtoqol müəllifi olub. “Qəbələ”nin ikinci qolunu isə ilk hissəyə əlavə olunmuş dəqiqələrdə Seydina Keyta vurub.

Bu nəticə sayəsində “Qəbələ” 2026/2027 mövsümündə də Azərbaycan Premyer Liqasında iştirak hüququnu qoruyub saxlayıb.

Qeyd edək ki, “Qəbələ” cari mövsümü Misli Premyer Liqasında 11-ci pillədə başa vurmuşdu. “Mingəçevir” isə I Liqanı ikinci sırada tamamlayaraq pley-offa vəsiqə qazanmışdı.







Misli Premyer liqa

"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
  • Misli Premyer liqa
  • 09:29 08.07.2026
"İmişli" Fərid Nəbiyevi heyətinə qatdı
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
  • Misli Premyer liqa
  • 15:25 07.07.2026
"Kəpəz" Camal Cəfərovla vidalaşdı
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:19 07.07.2026
"Qəbələ" Eduardo Kunde ilə vidalaşdı